"Financial Times" - ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri pisləşir
Qazet.az Financial Times-a istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər OPEC+ sazişinə üzv ölkələrin neft hasilatının azaldılması ilə bağlı razılığı səbəbindən çətin dövrə daxil olub.
Məqalədə deyilir ki, bəzi demokrat qanunvericilərin irəli sürdüyü Səudiyyə Ərəbistanına qarşı silah embarqosu həyata keçirilərsə, prezident Co Baydenin manevr üçün məhdud imkanları olacaq.
Müəlliflər qeyd edirlər ki, ABŞ hökumətinin İranın regiondakı hərəkətlərindən narahatlığını nəzərə alaraq, tərəflərin əməkdaşlıqdan tam imtina etməsindən praktiki olaraq söhbət gedə bilməz.
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Emil Hokayem, “Ər-Riyadla yaxınlaşmanı dəstəkləyən ABŞ təhlükəsizlik rəsmilərinin çoxu dərin yaralıdır” dedi.