Fındığın bilmədiyiniz faydaları: Kəsmik və çörəklə yedikdə...
Xəbərlər
05:00 24 avq, 2022
İnsan fiziki və zehni işlə məşğul olduqca yorğunluq hiss edir.
Bunu aradan qaldırmaq üçün fındıq insan orqanizminə çox xeyirlidir. Belə ki, fındıq həm yorğunluğu, həm də cinsi zəifliyi aradan qaldırır.
Eyni zamanda fındığı kəsmik və çörəklə yeyəndə daha sağlam qidaya çevrilir, oynaq ağrılarını və revmatizmi sağaldır.
Fındığın içində çoxlu liflər var. Bu liflər qan şəkərinin nizamlanmasına kömək edir. Bir sözlə, fındıq diabet xəstəliyinə tutulma riskini azaldır.
Bağırsaqları yumşaldaraq qəbzliyi aradan götürür.
Xərçəng xəstəliyinə tutulma riskini azaldır.