Bakı 24˚C Sunny

Finlandiya hava məkanını Rusiya üçün bağlayır

Gündəm 13:29 27 fev, 2022

Bu barədə ölkənin nəqliyyat və kommunikasiyalar naziri Timo Haraka məlumat verib

Finlandiya hava məkanını Rusiya üçün bağlayır

Finlandiya Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq hava məkanını Rusiya təyyarələri üçün bağlayan ölkələr siyahısına qoşulub.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiyalar naziri Timo Haraka məlumat verib.

“Finlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlamağa hazırlaşır”, - o öz Tvitter səhifəsində yazıb.

Məlumata görə, Avropa İttifaqının bütün üzv dövlətləri bu məsələ milli səlahiyyətə aid olduğu üçün hər biri ayrı-ayrılıqda belə bir qərar hazırlayır. Qeyri-rəsmi informasiyalara görə, yaxın vaxtlarda Danimarka və İsveçin də bu siyahıya qoşulacağı bildirilir.

Baltikyanı ölkələr, Polşa, Çexiya, Rumıniya, Bolqarıstan və Böyük Britaniya artıq öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlamaq barədə qərar qəbul ediblər. Rusiya buna cavab olaraq bu ölkələrin təyyarələrinin öz ərazisi üzərindən uçuşunu qadağan etməyə başlayıb.