Bakı 9˚C Rain

Finlandiya ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

Siyasət 15:33 28 okt, 2022
Finlandiya ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

Azərbaycanda işgüzar səfərdə olan Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.