Bakı 13˚C Sunny

Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq

Gündəm 22:27 08 dek, 2022
Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq

“Təəssüf ki, Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyi görünmür. Amma sülh nə qədər tez gəlsə, bir o qədər yaxşı olar”.

Qazet.az-ın İstanbul müxbiri xəbər verir ki, bu barədə Finlandiya müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla Ankarada birgə mətbuat konfransı zamanı bildirib.
 

O qeyd edib ki, ölkəsi Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayır:

“Türkiyə terrorla mübarizədə Finlandiyanın qərarlı olduğuna əmin ola bilər. Buna heç bir şübhə yoxdur”.

Kaikkonen həmçinin əlavə edib ki, Finlandiya NATO-ya üzv olduğu təqdirdə nüvə silahının ölkə ərazisində yerləşdirilməsində maraqlı deyil və NATO-nun belə bir niyyəti yoxdur.