Bakı 10˚C Windy

Finlandiya NATO ilə texniki saziş imzaladı

Gündəm 19:32 24 may, 2022

 Finlandiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib

Finlandiya NATO ilə texniki saziş imzaladı

Finlandiya və NATO üzv qəbul edilən tərəfə dəstəyin də yer aldığı qarşılıqlı texniki saziş imzalayıb.

Qazet.az xarici Bakıvaxtı-na istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Mayın 24-də Belçikanın Mons şəhərində Finlandiya və NATO qarşılıqlı texniki saziş imzalayıb”, - açıqlamada deyilir.

Müdafiə naziri Antti Kaykkonen sənədin ölkənin müdafiə qabiliyyətini möhkəmləndirəcəyini əlavə edib.

Belə ki, Finlandiya ərazisində NATO təlimləri keçirilə biləcək, həmçinin hərbi böhran yaransa, iki tərəf müdafiə sahəsində əməkdaşlıq edəcək.