Bakı 6˚C Partly sunny

Finlandiya NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim etdi

Cəmiyyət 16:07 05 dek, 2022
Finlandiya NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim etdi

Finlandiya hökuməti NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Qazet.az bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.

Bir gün əvvəl Haavisto ölkənin NATO-ya üzv olmaq istəyinin səbəbini açıqlayıb. Finlandiyanı NATO-ya üzvlük üçün müraciət etməyə vadar edən əsas amil Moskvanın nüvə silahı ilə bağlı iddiaları olub.

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət ediblər. İyun ayının sonunda blokun üzvləri ölkələri Şimali Atlantika Alyansına qoşulmağa rəsmi dəvət ediblər və üzvlük protokollarını imzalamaq barədə razılığa gəliblər.