Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək
Xəbərlər
22:16 23 sen, 2022
Finlandiya hökuməti yaxın günlərdə Rusiya Federasiyası vətəndaşlarının istənilən Şengen vizası ilə turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edəcək.
“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.
O əlavə edib ki, Rusiya vətəndaşlarının Finlandiyaya işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün girişinə icazə veriləcək.
Finlandiya XİN-dən bildirilib ki, hərbi xidmətdən imtina əcnəbinin sığınacaq üçün müraciət etməsi üçün əsas deyil.