Finlandiyada apteklərdə yod satışı məhdudlaşdırılıb
Cəmiyyət
20:21 11 okt, 2022
Finlandiyada əhalinin yüksək tələbatı səbəbindən apteklər yodun satışını məhdudlaşdırmaq qərarına gəliblər.
Qazet.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Qərar əhali arasında kəskin ajiotaja səbəb olub. Açıqlamadan sonra çoxlu sayda sakin apteklərə axışaraq, yod almağa başlayıblar.