Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb
Gündəm
16:40 18 okt, 2021
Bir dəst odunun qiyməti də 3,95 avrodur

Finlandiyanın Oulu şəhərində ölkədə ilk dəfə olaraq odun satan qurğu fəaliyyətə başlayıb.
Qazet.az MTV-3-ə istinadən xəbər verir ki, şəhərin bir hissəsi olan Hietasaari adasında yerləşən avtomat qurğuda 30 satış yuvası var, bir dəst odunun qiyməti də 3,95 avrodur. Burada odun alış-verişi onlayn şəkildə də həyata keçiriləcək.
Hələlik sınaq müddətində olan odun avtomat qurğuya başqa şəhərlərin də maraq göstərdiyi bildirilir.