Finlandiyalı məşqçi Bakıdakı dünya çempionatında zədələnib
İdman
15:06 19 noy, 2021
Gimnastlardan biri tullanarkən öz sahəsindən kənara çıxıb

Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında Finlandiya yığmasının məşqçisi zədələnib.
Qazet.az-ın məlumatına görə, o, Salla Tamper - Reea Eraeheimo cütünün batut üzrə sinxron proqramı üzrə çıxışı zamanı xəsarət alıb.
Gimnastlardan biri tullanarkən öz sahəsindən kənara çıxıb. Onun yerə yıxılmasının qarşısını almaq istəyərkən məşqçi biləyindən zədələnib.
Qeyd edək ki, bu idman növündə yüksəklikdən enişlər zamanı sahədən kənara çıxma hallarına müntəzəm rast gəlinir.
Dünya çempionatı noyabrın 21-də başa çatacaq.