Bakı 16˚C Intermittent clouds

Floridada gecə klubunda atışma olub, ölən və yaralananlar var

Gündəm 03:47 10 okt, 2022
Floridada gecə klubunda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Florida ştatında gecə klubunun yaxınlığında atışma olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qazet.az xəbər verir ki, bu barədə “ANI News” məlumat yayıb.

Polis hadisənin Tampa şəhərinin mərkəzindəki barın yaxınlığında baş verdiyini açıqlayıb.

Məlumata görə, öncə iki qrup insan arasında sözlü dava başlayıb, daha sonra onlar küçəyə çıxıb və onlardan biri güllə atmağa başlayıb

Bildirilib ki, hadisədə yaralanan 6 nəfərdən 4-ü kişi, 2-si qadındır. Onların həyatına heç bir təhlükə yoxdur.

Nəşr qeyd edib ki, insident iştirakçıları həbs edilməyib və onların kimliyi də açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.