Flossenbürq həbs düşərgəsinin sonuncu mühafizəçisi 97 yaşında vəfat edib
Qeyd edək ki, şübhəli şəxs 1945-ci ilin yanvar ayından Flossenbürq həbs düşərgəsində mühafizəçi işləməkdə təqsirli bilinirdi.
Flossenbürq həbs düşərgəsinin keçmiş mühafizəçisi 97 yaşında vəfat edib.
Qazet.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bavariya şəhərinin Baş prokuroru Kristian Hertl bildirib.
O, adı gizli saxlanılan şəxs haqqında araşdırmaların bu səbəbdən dayandırıldığını qeyd edib: “Prokurorluq 2021-ci il aprel ayından həmin şəxs haqqında araşdırma aparırdı. Bundan sonra daha Flossenbürq düşərgəsinin keçmiş mühafizəçiləri ilə bağlı istintaq aparılmayacaq. Bu isə o deməkdir ki, həmin şəxs düşərgənin sağ qalan sonuncu mühafizəçisi idi”.
Qeyd edək ki, şübhəli şəxs 1945-ci ilin yanvar ayından Flossenbürq həbs düşərgəsində mühafizəçi işləməkdə təqsirli bilinirdi.