“Folklor” sözünü düzəltməyə çalışan Mədəniyyət İdarəsi bu dəfə də “evi” sözünü səhv yazdı
Cəmiyyət
07:00 07 okt, 2022
Üç gün öncə sosial şəbəkələrdə Gədəbəy rayonundakı Kiçik Qaramurad kənd Folklor evinin qarşısına yerləşdirilən lövhədə “folklor” sözünün “folkulor” şəklində yazıldığına dair məlumat paylaşıldı.
Qazet.az xəbər verir ki, hadisədən dərhal sonra Şəmkir Regional Mədəniyyət İdarəsi lövhədə düzəliş edib. Lakin bu dəfə də bütün hərfləri böyük yazılan “evi” sözündə v hərfi kiçik yazılıb.