Forbes: Münasibətlərin pozulmasının 12 əsas səbəbi
"Uzunmüddətli ayrılıq və daimi mübahisələr ittifaqın pozulmasının hər iki cins üçün əsas səbəblərdəndir..."
"Ayrılıq nə qədər ağrılı olsa da, əslində o, sağlamlaşdırıcı ola bilər..."
"Ayrılıq o zaman çox ağrı törədir ki, tərəf-müqabillərin həyatı bir-birilə sıx bağlıdır..."
Psixoloqlar deyir ki, münasibətlərin pozulmasını yaşayan müştərilər müalicəyə gəlib bir qayda olaraq eyni suallar verir-mən nəyi düz etməmişəm, münasibətləri xilas etmək mümkün olubmu və nədən məni sevgi cəbhəsində uğursuzluqlar izləyir?
Yeni tədqiqatda Britaniya psixoloqları diqqəti münasibətlərin pozulmasının ən geniş yayılan səbəblərinə yönəldib.
Qazet.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
Tədqiqatın gedişində alimlər ittifaqa son qoymağa qərar verən cütlüklər arasında sorğu keçirərək bu nəticəyə gəlib ki, ayrılığın 12 ən geniş yayılan səbəbləri var, həm də onların bəziləri həm qadınlar, həm də kişilər üçün eyni dərəcədə vacibdir.
Ayrılığın 12 əsas səbəbi:
1. Uzunmüddətli ayrılıq
2. Tez-tez baş verən mübahisələr
3. Xəyanət
4. Hörmət hissinin olmaması
5. Müxtəlif maraqlar
6. Tərəf-müqabilin yüksək əsəbiliyi
7. Maliyyə problemləri
8. Ev öhdəliklərinin qeyri-bərabər paylanması
9. Seks problemləri
10. Ev zorakılığı
11. Uşaqların olmaması
12. Alqokol, narkotik və ya oyun asılılığı
Psoxoloqlar qeyd edib ki, ayrılmağın iki səbəbi hər iki cins üçün eyni dərəcədə əhəmiyyətlidir. Bunlardan "uzunmüddətli ayrılıq" və "daimi mübahisələr" ittifaqın pozulmasının səbəbləridir. Eyni zamanda, "hörmət hissinin olmaması", "maliyyə problemləri" və "ev öhdəliklərinin qeyri-bərabər paylanması" kişilərə nisbətən daha çox qadınlara toxunub.
Boşanmaya və ya ayrılığa səbəb olan maraqlı faktlardan biri də, problemlərin, bir qayda olaraq, münasibətlərin hələ əvvəlində olması olub. Psixoloqlar bu nəticəyə gəlib ki, münasibətlərdə sadalanan problemləri görməzdən gəlmək olmaz, bu problemlər münasibətlərin əvvəlində ilk siqnal olmalıdır. Bu qorxulu siqnalları ayırd etmək və onların özü-özünə yox olmasına ümid etməyərək, aradan qaldırmağa çalışmaq vacibdir.
Mütəxəssislər bu problemlər barədə susmamağı, öz keçirilən hisslərini tərəf-müqabil ilə sakit tərzdə və açıq şəkildə bölüşməyi, münasibətləri nizama salmaq alınmayanda isə ailə psixoloquna müraciət etməyi məsləhət görür.
Həmçinin yadda saxlamaq lazımdır ki, ayrılıq nə qədər ağır olsa da, əslində o, sağlamlaşdırıcı ola bilər.
"Psixoloqların tədqiqatı göstərib ki, zərərli münasibətləri pozaraq, hər iki tərəfdaş əhəmiyyətli psixoloji fayda qazanır. Bundan başqa, sevgi cəbhəsində nədən uğur qazanmaq mümkün olmur sualını verərkən, yadda saxlamaq vacibdir ki, 18-35 yaşlarında olanlardan hər üçüncüsü iki ildə bir dəfə ayrılıb. İlk nikahların yarısı isə boşanma ilə bitib", - "Forbes" yazır.
"Ayrılıq emosional cəhətdən ağrılı təcrübə ola bilər. Lakin bundan nəticə çıxarmaq lazımdır. Nədən belə alındığı, gələcəkdə növbəti məyusluqdan özünü necə qorumaq üçün nələri edə biləcəyiniz barədə düşünməyə zaman tapın.
Tədqiqatlar göstərib ki, ayrılıq o zaman daha çox ağrı törədir ki, tərəf-müqabillərin həyatı bir-birilə sıx əlaqəlidir (məsələn, ümumi maliyyə, ümumi övladlar, ev heyvanları, eyni dostlar və s.). Yeni münasibətlərə başlayanda buna diqqət edin", - tədqiqat müəllifləri belə tövsiyələr verib.