Bakı 5˚C Mostly cloudy

"Ford" avtomobil şirkəti Rusiyanı tərk etdi

Gündəm 17:15 09 yan, 2023
"Ford" avtomobil şirkəti Rusiyanı tərk etdi

Amerikanın "Ford" konserni Rusiyanın "Sollers" avtomobil qrupu ilə "Ford Transit" yüngül kommersiya yük maşınlarının istehsalı üzrə birgə müəssisənin kapitalını tərk edib.

Qazet.az "İnterfaks"a istinadən xəbər verir ki, "Sollers" "Ford"un Rusiya bazarından çıxmasını təsdiqləyib. 

Qeyd edək ki, "Ford" oktyabrın sonunda Rusiya BM-dəki qeyri-nəzarət payını (49%) nominal dəyərə satmaq qərarını açıqlamışdı. Müqavilənin şərtləri səhmin 5 il ərzində geri alınmasını nəzərdə tutur.