Bakı 12˚C Mostly cloudy

Formula 1 komandasının yaradıcısı vəfat etdi

İdman 12:37 29 noy, 2021

Frenk Uilyamsın ölümü ilə bağlı məlumatı onun qızı Kler yayıb

Formula 1 komandasının yaradıcısı vəfat etdi

Formula 1 üzrə “Uilyams” komandasının yaradıcısı ser Frenk Uilyams vəfat edib.

Qazet.az xəbər verir ki, 79 yaşında dünyasını dəyişib.

Uilyamsın ölümü ilə bağlı məlumatı onun qızı Kler yayıb. Artıq “Uilyams” komandası və Formula 1-dən rəsmi açıqlama verilib.

Qeyd edək ki, Frenk Uilyams ilk komandasını 1966-cı ildə qurub və 1969-cu ildən Formula 1-də yarışmağa başlayıb. Daha sonra maliyyə problemləri üzündən Uilyams ilk komandasını satmaq məcburiyyətində qalıb.

O, 1977-ci ildə Patrik Hed ilə birlikdə ikinci komandasını yaradıb.

Məhz bu komanda mövcud olduğu müddətdə 9 dəfə Konstruktorlar Kubokunu qazanıb. Onun sürücüləri isə 7 dəfə fərdi yarışın qalibi olublar.

Frenk Uilyams 1986-cı ildə avtomobil qəzası nəticəsində iflic olub. Lakin buna baxmayaraq, o, uzun müddət aktiv şəkildə komandaya rəhbərlik etməyə davam edib.

Mənbə: Sports.ru