Bakı 2˚C Dreary

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

İdman 10:50 09 okt, 2022
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1" üzrə Yaponiya Qran-prisi zamanı xoşagəlməz hadisələr baş verib.

Qazet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yarış 3-cü dövrədə qırmızı bayraqla dayandırılıb.

Buna yağışlı hava üzündən baş verən qəzalar səbəb olub. Birinci dövrədə "Alpine" komandasından Fernando Alonso ilə "Aston Martin"in pilotu Sebastyan Fettel toqquşub, lakin hər ikisi yoluna davam edib. İdarəetməni itirərək qəzaya uğrayan "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns isə mübarizəni dayandırıb.

Bundan başqa, yarışın keçirildiyi Suzuka trasına traktor daxil olub. Bu isə iştirakçıların narazılığı ilə qarşılanıb.

💥Carlos Sainz'ın kazasına tribün çekiminden bakalım!pic.twitter.com/xtPaMabHNe

— Tutkumuz F1 (@F1tutkumuz) October 9, 2022

 

Charles Leclerc: "Çocuklar... Bu traktör neyin nesi?" 😡pic.twitter.com/McAMgKDY05

— Tutkumuz F1 (@F1tutkumuz) October 9, 2022