Bakı 20˚C Mostly sunny

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri

Siyasət 13:22 03 noy, 2022
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib.

Qazet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını təşkil etmək;

3. fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.