Frankfurtda aviabombaya görə 20 000 nəfər təxliyə edilib
Gündəm
00:50 11 okt, 2022
Almaniyanın Frankfurt şəhərinə İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə 20 000 nəfər müvəqqəti təxliyə edilib.
Qazet.az xəbər verir ki, bu barədə Frankfurtun yanğınsöndürmə xidməti məlumat yayıb.
ABŞ ordusunun atdığı aviabomba Frankfurt Universitetinin yaxınlığında qazıntı işləri zamanı aşkar edilib. Xilasedicilər partlayıcını sabah zərərsizləşdirəcək. Əməliyyat bitənədək sakinlərin evlərinə qayıtmasına icazə verilmir.