Fransa Burkina-Fasodan qüvvələrini geri çəkir
Fransa xüsusi təyinatlıların Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən bazasından çıxarılmasını istisna etmir.
Qazet.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Burkina-Fasodakı qüvvələrin çıxarılması və ya sayının dəyişdirilməsi məsələsi Fransa silahlı qüvvələrinin gələcək inkişafı proqramı ətrafında davam edən müzakirələrlə bağlıdır. Fransa Prezidenti Emmanuel Makron bu il yanvarın 20-nə planlaşdırılan ənənəvi Yeni il müraciəti zamanı bu mövzuya toxuna bilər.
Bundan əvvəl "BBC" Burkina-Fasonun öz səfirini geri çağırmaq tələbi ilə Fransaya müraciət etdiyi barədə məlumat yayıb.
2022-ci ilin noyabrında Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.