Fransa çempionatında futbolçu huşunu itirib
İdman
09:22 13 sen, 2021
33 yaşlı yarımmüdafiəçi huşunu itirib
Fransanın "Strasburq" komandasının futbolçusu Dimitri Lyenar "Lion"a qarşı keçirdikləri Liqa 1-in V tur oyunu zamanı qəfildən yerə yıxılıb.
Qazet.az "Driect Racing"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi huşunu itirib.
Fransalı oyunçu xərəkdə meydanı tərk edib. Lyenarın komanda yoldaşı Aleksandr Cikyu onun hazırda yaxşı olduğunu bildirib.
Qeyd edək ki, hadisə oyunun sonlarında baş verib. Qarşılaşma "Lion"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.