Bakı 20˚C Mostly cloudy

Fransa hərbi bazası atəşə tutuldu: 1 ölü, 9 yaralı

Gündəm 17:12 23 yan, 2022

Bu barədə Yelisey sarayından məlumat verilib

Fransa hərbi bazası atəşə tutuldu: 1 ölü, 9 yaralı

Fransanın Malidə yerləşən hərbi bazası minaatanlardan atəşə tutulub.

Qazet.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

Məlumata görə, hücum nəticəsində Fransanın Qaoda yerləşən 54-cü artilleriya alayının hərbçisi ölüb. Daha 9 fransız hərbçi isə yaralanıb.