Bakı 24˚C Sunny

Fransa hərbi gəmisi Qara dənizə girdi

Gündəm 17:17 14 dek, 2021

Açıqlamada Rusiyanın Qara dənizdəki donanmasının “Auvergne” freqatının manevrlərini izlədiyi bildirilib

Fransa hərbi gəmisi Qara dənizə girdi

Fransa donanmasına aid idarə olunan raketlərlə təchiz edilmiş gəmi Qara dənizə daxil olub.

Qazet.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə nazirliyi rəsmi açıqlama yayıb.

Açıqlamada Rusiyanın Qara dənizdəki donanmasının “Auvergne” freqatının manevrlərini izlədiyi bildirilib.