Bakı 19˚C Intermittent clouds

Fransa İrana xəbərdarlıq etdi - Dərhal azad et!

Gündəm 17:27 13 yan, 2022

Antropoloqa qarşı irəli sürülən ittihamlar əsaslı sübutlarla dəstəklənmir və onun hökmü sırf siyasi qərar və özbaşınalıqdır

Fransa İrana xəbərdarlıq etdi - Dərhal azad et!

Fransa İranı Tehranda həbsdə olan fransız antropoloq Fariba Adelhaxı dərhal azad etməyə çağırır.

Qazet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“İran hakimiyyətinin heç bir izahat və ya əvvəlcədən xəbərdarlıq etmədən həmyerlimiz Fariba Adelhaxı yenidən həbs etmək qərarına gəldiyini öyrənmək bizi təəccübləndirdi. Fransa xanım Adelhaxın dərhal azad edilməsini tələb edir”, - məlumatda qeyd edilir.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə, antropoloqa qarşı irəli sürülən ittihamlar əsaslı sübutlarla dəstəklənmir və onun hökmü sırf siyasi qərar və özbaşınalıqdır.

Paris Tehrana xəbərdarlıq edərək bildirib ki, bu addım Fransa və İran arasındakı münasibətlər üçün mənfi nəticələrə səbəb ola və ölkələr arasında etimadı azalda bilər.

Qeyd edək ki, Adelhaxi 1959-cu ildə Tehranda anadan olub və təhsilini Fransada alıb. O, İran və Əfqanıstan üzrə ixtisaslaşıb və Parisdə yerləşən “Sciance Po” Siyasi Araşdırmalar İnstitutunda işləyib. 2019-cu il iyulun 14-də İranda casusluqda şübhəli bilinərək saxlanılıb, 2020-ci ilin mayında isə “sistem əleyhinə təbliğat” və “milli təhlükəsizliyə xələl gətirmək üçün sui-qəsd” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

2020-ci ilin payızında onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib.(Teleqraf.com)