Bakı 4˚C Dreary

Fransa millətçilərinin lideri dəyişdi: Le Peni 27 yaşlı gənc əvəz etdi

Xəbərlər 05:56 06 noy, 2022
Fransa millətçilərinin lideri dəyişdi: Le Peni 27 yaşlı gənc əvəz etdi

Avropa Parlamentinin 27 yaşlı deputatı Cordan Bardella Fransanın Milli Birlik Partiyasına rəhbərlik edəcək.

Qazet.az xəbər verir ki, o, bu postda Marin Le Peni əvəzləyəcək.

Le Pen 2011-ci ildən bu vəzifədədir. Lakin 2022-ci ilin iyununda o, Fransa Milli Assambleyasında işləmək üçün partiya sədrliyindən ayrılacağını və parlament qrupunun rəhbəri olacağını elan etmişdi.

Sentyabrın 9-dan etibarən yeni sədr üçün partiyadaxili seçkilər başlayıb. Bugünlərdə yekunlaşan səsvermədə Bardella 85%-lik üstünlük əldə edib. Onun yeganə rəqibi Perpinyan şəhərinin 53 yaşlı meri Lui Allot olub. Səsvermədə 36,6 min nəfər iştirak edib.

Qeyd edək ki, Bardella Le Penin partiyasına 16 yaşında qatılıb. O, 2019-cu ildən Avropa Parlamentinin üzvüdür.

Xatırladaq ki, iyun ayında Fransada Milli Assambleyaya seçkilər keçirilib. Marin Le Penin Milli Birlik Partiyası parlamentdə 80-95 yer qazanaraq Milli Assambleyada üçüncü ən böyük partiyaya çevrilib.

Mənbə: RenTV