Fransa sakinləri suyun qiymətində kəskin artımla üzləşirlər
Cəmiyyət
05:46 07 yan, 2023
Fransada yerli sakinlər enerji xərclərinin artması səbəbindən suyun qiymətində kəskin artımla üzləşirlər.
Qazet.az xəbər verir ki, bu barədə France 3 telekanalı məlumat yayıb.
“Hər şey çoxlu bahalı elektrik enerjisi istehlak edən su təmizləyici sistemlərdən, xlor və aktivləşdirilmiş karbon kimi xammalın qiymətlərinin qalxmasından gedir”, - deyə jurnalistlər izah ediblər.
Su İnformasiya Mərkəzinin baş direktoru Marillis Macke-nin sözlərinə görə, suyun bir kubmetrinin orta qiyməti 4,3 avro təşkil edib.
“Bəzi yerlərdə bu tariflər artıb və artım 5-60 faiz arasında dəyişib.