Fransa səfiri Belarusdan gedir - Səfirlik
Siyasət
13:35 18 okt, 2021
"Bəli, səfir gedib. Bütün açıqlamalar sabah olacaq"

Fransanın Belarusdakı səfiri Nikolas de Lakoste ölkəni tərk edib.
Qazet.az xəbər verir ki, bu barədə səfirin sözçüsü Tass agentliyinə məlumat verib.
"Bəli, səfir gedib. Bütün açıqlamalar sabah olacaq" deyə o bildirib.
Xatırladaq ki, Fransa səfiri etimadnaməsinin surətlərini 2020 -ci ilin dekabrında Belarusiyanın xarici işlər naziri Vladimir Makeyə təhvil verib. Lakin bu günə qədər etimadnaməsini Prezident Aleksandr Lukaşenkoya verməmişdi.