Bakı 25˚C Sunny

Fransa Şərqi Avropa ölkələrinə qoşun və hərbi texnika göndərəcək

Gündəm 04:20 12 okt, 2022
Fransa Şərqi Avropa ölkələrinə qoşun və hərbi texnika göndərəcək

Fransa öz texnikası və əsgərlərinin köməyi ilə NATO-nun Şərqi Avropada müdafiəsini gücləndirəcək. O cümlədən, bölgənin bir neçə ölkəsinə tanklar və piyadaların döyüş maşınları göndəriləcək.

Bu barədə Qazet.az Fransanın müdafiə naziri Sebastyan Lekornunun bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları fonunda oktyabrın 10-da bir sıra Şərqi Avropa ölkələrində qoşun göndərmək barədə qərar qəbul edib.

Nazir bildirib ki, Fransa Rumıniyaya gücləndirilmiş piyada zirehli texnikası, həmçinin “Charles Leclerc” tanklarından ibarət eskadron göndərəcək. Artıq orada 750-yə yaxın fransız əsgəri yerləşdirilib.

Nazir həmçinin qeyd edib ki, “Rafale” qırıcıları Litvada, gücləndirilmiş piyadalar isə Estoniyada yerləşdiriləcək.