Bakı 3˚C Windy

Fransa "Taliban" hökumətini tanımaqdan imtina edib

Gündəm 12:12 12 sen, 2021

Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransa "Taliban" hökumətini tanımaqdan imtina edib

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian "France 5" telekanalının efirində bildirib.

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsini tələbini rədd edib.