Fransa Ukraynaya yeni hərbi texnikalar verəcək
Gündəm
22:24 04 yan, 2023

Fransa Rusiya təcavüzünə qarşı mübarizə aparmaq üçün Ukraynaya AMX-10 RC yüngül zirehli döyüş maşınlarını təhvil verəcək.
Qazet.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
"İki liderin söhbətindən sonra Yelisey sarayının nümayəndəsi qeyd edib ki, Fransa Ukraynaya AMX-10 RC yüngül zirehli döyüş maşınları göndərəcək. Eyni zamanda o, planlaşdırılan tədarüklərin həcmi və müddətləri barədə ətraflı məlumat verməyib", - məlumatda qeyd olunub.