Bakı 10˚C Mostly sunny

Fransa XİN rəhbəri Lavrovla İran, Əfqanıstan və Ukrayna məsələlərini müzakirə edəcək

Gündəm 11:44 21 sen, 2021

Lavrovla Əfqanıstan və Ukraynadakı vəziyyətin də müzakirə edilməsi planlaşdırılır

Fransa XİN rəhbəri Lavrovla İran, Əfqanıstan və Ukrayna məsələlərini müzakirə edəcək

Fransanın xarici işlər naziri Jan-Yiv Le Drian, bu həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşərək İranın nüvə müqaviləsini, Ukrayna və Əfqanıstanda baş verən son hadisələri müzakirə edəcək.

Qazet.az AFP-yə istinadla xəbər verir ki, Nyu -Yorkda keçirdiyi mətbuat konfransında danışan Le Drian, İranın nüvə anlaşmasını Çin və Rusiya ilə, xüsusən də bu həftə keçirdikləri görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə etmək niyyətində olduğunu bildirib.

Fransa xarici işlər nazirinin sözlərinə görə, Lavrovla Əfqanıstan və Ukraynadakı vəziyyətin də müzakirə edilməsi planlaşdırılır.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.