Bakı 9˚C Intermittent clouds

Fransa yenə maskaya qayıdır

Gündəm 07:11 06 iyl, 2022

“Biz xüsusi böhran vəziyyətindən çıxsaq da koronavirus epidemiyası bizi tərk etməyib"

Fransa yenə maskaya qayıdır

Fransada yeni növ koronavirusa yoluxma sayı gündəlik 200 min nəfəri keçəcək.

Qazet.az xəbər verir ki, bunu ölkənin yeni səhiyyə naziri Fransua Braun parlamentdə sanitar təhlükəsizlik haqqında qanunun müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkədə koronavirus pandemiyasının yeddinci dalğası yaşanır və yoluxma sayı kəskin artır. Getdikcə daha intensiv yayılan virusun qarşısını almaq və səhiyyə sistemini yüklənmədən qorumaq zəruridir.

Onun sözlərinə görə, xəstəxanalara müraciət edənlərin sayı artsa da, yanvar ayındakı pik həddə çatmayıb. O, əhalinin sıx toplaşdığı yerlərdə və ictimai nəqliyyatda maska taxmaqla yanaşı, həssas əhali qrupları üçün növbəti buster doza vurulmasını da təklif edib.

“Biz xüsusi böhran vəziyyətindən çıxsaq da koronavirus epidemiyası bizi tərk etməyib. Bu səbəbdən bəzi qaydalar tətbiq edilməlidir” – deyə nazir vurğulayıb.