Bakı 17˚C Intermittent clouds

Fransada 21 məscid bağlanıb

Gündəm 12:22 14 dek, 2021

Jerald Darmanen sözlərinə görə, Fransa tarixində ilk dəfədir ki, bu qədər məscid bağlanır.

Fransada 21 məscid bağlanıb

Son vaxtlarda Fransada ən azı 21 məscid bağlanıb.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

O, qeyd edib ki, bu yaxınlarda 99 məsciddə yoxlamalar keçirilib. Təftiş zamanı 21 məsciddə ekstremizm əlamətləri aşkar edilib.

Fransa rəsmisi bildirib ki, ekstremizmlə mübarizə qanununa uyğun olaraq yaxın günlərdə daha 6 məscid bağlanacaq.

Məscidlərin qapadılması qərarı Fransa hökumətinin islam mərkəzlərinin bağlanması ilə bağlı verdiyi bir neçə qərardan biridir. Paris bunu ekstremizmə qarşı mübarizə, zorakılıq və terrorizmə təhrik bəhanəsi ilə edir.

Qeyd edək ki, Fransada bugün də islamafobiya davam edir. Burada 3 məscidin divarlarına xaç şəkli çəkilib və islam əleyhinə şüarlar yazılıb.