Bakı 27˚C Mostly sunny

Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib

Gündəm 12:35 18 okt, 2021

Transmilli cinayətkar şəbəkəsi ifşa edilib

Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib

Fransanın hüquq-mühafizə orqanları oğurluq avtomobillərin satışı və tütün məmulatlarının qanunsuz ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkəni ifşa ediblər.

Qazet.az bildirir ki, bu barədə Fransa Milli Jandarmının "Twitter" səhifəsində açıqlama yerləşdirilib.

Məlumatda deyilir: "Jandarmlar tütün məmulatlarının və oğurluq avtomobillərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alıblar".

Qeyd edilir ki, transmilli cinayətkar qruplaşmanın tərkibində "rusdilli mafiya" ilə bağlantıları olan Ermənistan və Gürcüstan qruplaşmaları iştirak edib.

Bildirilir ki, ümumilikdə xüsusi əməliyyatlar zamanı 37 nəfər saxlanılıb. 

Mənbə