Bakı 20˚C Windy

Fransada etiraz aksiyalarında 3 polis xəsarət alıb, 76 nəfər saxlanılıb

Gündəm 00:31 12 sen, 2021

Təkcə Parisdəki nümayişlərə 19 min insan qatılıb

Fransada etiraz aksiyalarında 3 polis xəsarət alıb, 76 nəfər saxlanılıb

Fransada sanitar buraxılış qaydalarına qarşı keçirilən etiraz aksiyalarında azı 121 min insan iştirak edib.

TASS xəbər verir ki, bu barədə "Be-f-em telekanalı" Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Belə ki, təkcə Parisdəki nümayişlərə 19 min insan qatılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 70-i paytaxtda olmaqla, 76 nəfəri saxlayıb. Aksiyalar zamanı 3 polis əməkdaşı yaralanıb.

Bundan əvvəl Parisdə keçirilən dörd nümayişdən birində polis etirazçıların təxribatına cavab olaraq gözyaşardıcı qazdan istifadə etməli olub.

Qeyd edək ki, Fransada pandemiya səbəbindən tətbiq edilən sanitar buraxılış qaydalarına görə, kafe, restoran, muzey, kinoteatr, iri ticarət mərkəzlərinə daxil olarkən, eləcə də şəhərlərarası dəmir yolu və hava səyahətləri zamanı belə bir sənəd təqdim edilməlidir.

Qaydalar avqustun 9-da qüvvəyə minib.