Fransada etirazlar davam edir: “Qaz yoxdur, çörək də yoxdur” - FOTO
Xəbərlər
09:30 22 okt, 2022
Fransalı çörəkçilər enerji qiymətlərinin artması ilə bağlı hökümətə etiraz edir.
“Qaz yoxdur, çörək də yoxdur”, - deyə onlar çörəkxanalarının pəncərələrinə etiraz şüarları yazıb yapışdırırlar.
Çörəkçilər enerji qiymətlərinin artmasının kruasan və digər un məmulatlarını xeyli dərəcədə bahalaşdırdığından şikayət edirlər.
Parisdə və şəhərətrafı ərazilərdə artıq çox sayda belə kiçik müəssisə bağlanıb.
Mənbə: “Mash” “Telegram”