Fransada gecə saatlarında işıqlı reklamlara qadağa qoyulub
Maraqlı
22:47 06 okt, 2022
Fransa hakimiyyət orqanları enerji istehlakını minimuma endirməyə çalışaraq, hava limanları, dəmiryol və metro stansiyaları istisna olmaqla, yerli vaxtla saat 01:00-dan 06:00-a qədər bütün ölkə ərazisində işıqlı reklamlara qadağa qoyub.
Qazet.az xəbər verir ki, bu barədə cümə axşamı hökumətin “Journal officiel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, energetika naziri Aqnes Panye-Ryunaşenin hələ iyul ayında elan etdiyi qətnamə işıqlı reklamın qadağan edilməsinə yönəlmiş mövcud qanunvericilik aktlarının sistemləşdirilməsini nəzərdə tutur.
Yeni vahid qaydanın pozulması halında 1,5 min avroya qədər cərimə ödənilməlidir.