Fransada işçilərin tətili doqquz reaktorun təmirində gecikmələrə səbəb olub
Xəbərlər
10:21 15 okt, 2022
Fransada 9 nüvə reaktorunda təmir və texniki xidmət işləri sənaye işçilərinin genişmiqyaslı tətili səbəbindən dayandırılıb.
Qazet.az xəbər verir ki, bu barədə “Reuters” Milli Mədən və Energetika Federasiyasına istinadən məlumat yayıb.
Həmkarlar İttifaqının sözçüsü Vircini Noymayer bildirib ki, tələblər əmək haqqı ilə bağlıdır. Onun sözlərinə görə, gələn həftə EDF enerji korporasiyasının rəhbərliyi ilə danışıqlar aparılacaq.
Qeyd olunub ki, hazırda “Kryua” AES-də üç, “Trikasten” AES-də iki, “Kattenom” AES-də iki reaktorun işi dayandırılıb, “Byuje” və “Qravlin” AES-lərdə bir reaktorun təmiri təxirə salınıb.