Fransada kütləvi qətl planlaşdıran şagird saxlanılıb
Gündəm
12:33 03 okt, 2021
Fransada 19 yaşlı lisey şagirdi saxlanılıb
Fransada ölkənin Dənizkənarı Sein departamentində yerləşən məscidlərdən birində və təhsil müəssisəsində çox sayda insanı qətlə yetirməyi planlaşdıran 19 yaşlı lisey şagirdi saxlanılıb.
Qazet.az Trend-ə istinadən xəbər verir ki, şagird terror aktını prezident seçkilərinin birinci turuna 4 gün qalmış - 2022-ci ilin 20 aprel tarixində törətmək niyyətində olub.
Məlumata əsasən, sorğu zamanı şagird bildirib ki, təhsil müəssisəsində məruz qaldığı təhqirlərə görə lisey şagirdlərindən bu yolla qisas almaq istəyirmiş.