Bakı 15˚C Mostly sunny

Fransada liseyin qarşısında atışma: yaralılar var

Xəbərlər 20:20 02 sen, 2022
Fransada liseyin qarşısında atışma: yaralılar var

Fransanın cənubundakı Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.

Qazet.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“Nice-Matin” qəzeti xəbər verir ki, xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.

Polis atəş açan şəxsi hadisə yerində tapmayıb. İlkin məlumatlara görə, atəş pnevmatik silahdan və yaxınlıqdakı evlərdən birinin pəncərəsindən açılıb.

Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib.