Fransada onlarla məktəbin şagirdləri bomba həyəcanı ilə təxliyə olunub
Hadisə
01:39 04 yan, 2023
Çərşənbə axşamı Fransada təxminən iyirmiyə yaxın təhsil müəssisəsi həm işçilər, həm də şagirdlərin valideynləri tərəfindən partlayıcılarla bağlı məlumatların alınmasından sonra təxliyə edilib.
Qazet.az xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi Fransa Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, müəllimlər müvafiq mesajları yanvarın 2-3-də valideynlər və şagirdlərlə ünsiyyət üçün xüsusi internet portalı vasitəsilə, valideynlər isə vatsap və “Snapchat” kimi məşhur messencerlərdə alıblar. Fransada əksər təhsil müəssisələrində dərslər yanvarın 3-də, tətildən sonra bərpa olunur və bu səbəbdən bəzi məktəb və kolleclərin rəhbərliyi mütəxəssislərin binalara baxış keçirməsi üçün təxliyəni həyata keçirmək qərarına gəlib.