Fransada "Sarı jiletlilər" yenidən küçələrə axışdı
Gündəm
11:27 21 noy, 2021
"Sarı jiletlilər" hərəkatının 3-cü ildönümündə yüzlərlə insan etiraz aksiyası keçirib

Fransada "Sarı jiletlilər" hərəkatının 3-cü ildönümündə yüzlərlə insan etiraz aksiyası keçirib.
Qazet.az xəbər verir ki, etiraz zamanı "Sarı jiletlilər" hökumət əleyhinə şüarlar səsləndirərək, vergilərdən, pensiyaların azlığından şikayətlənib və Fransanın problemlərindən xəbərsiz siyasətçiləri tənqid ediblər.
Nümayişçilər onu da vurğulayıblar ki, Fransa dünyada ən çox vergi alan ölkədir.
Aksiya zamanı dövlət məmurunu təhqir edən iki nəfər saxlanılıb.