Bakı 26˚C Intermittent clouds

Fransada terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb

Gündəm 21:20 02 iyl, 2022

Onların saxlanılması əməliyyatı ölkənin şimal-şərqində Reyms şəhərində həyata keçirilib

Fransada terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Onların saxlanılması əməliyyatı ölkənin şimal-şərqində Reyms şəhərində həyata keçirilib.

Bu şəxslər Suriya-İraq zonasında olan fransız əsilli terrorçuya maddi-texniki yardım göstərməkdə şübhəli bilinirlər.

2017-ci ildən Fransanın xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan 39 terror aktının qarşısını alıb.