Bakı 3˚C Dreary

Fransada “TotalEnergies”in işçiləri maaşların artırılması tələbi ilə tətili bərpa ediblər

Xəbərlər 20:32 22 okt, 2022
Fransada “TotalEnergies”in işçiləri maaşların artırılması tələbi ilə tətili bərpa ediblər

Fransanın “TotalEnergies” enerji şirkətinin işçiləri əmək haqlarının artırılması tələbi ilə şirkətin Feisin kommunasında yerləşən yanacaq anbarında yenidən tətilə başlayıblar.

Qazet.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

"Tətil bazar ertəsinə qədər davam edəcək", - məlumatda deyilir.

Müəssisənin 130-a yaxın əməkdaşı inflyasiya fonunda hökumətdən maaşlarının azı 10% artırılmasını tələb edərək sentyabrın 27-də tətilə başlayıblar.

BFM telekanalının qeyd etdiyi kimi, ölkədəki yanacaqdoldurma məntəqələrinin 13 faizində tətil səbəbindən yanacağın verilişində fasilələr yaranıb.