Bakı 18˚C Intermittent clouds

Fransada vaksinasiya məcburi ola bilər

Gündəm 15:41 16 dek, 2021

Fransa COVID-19 virusuna qarşı məcburi peyvəndin tətbiqinə yaxınlaşıb

Fransada vaksinasiya məcburi ola bilər

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ölkəsi demək olar ki, COVID-19 koronavirusuna qarşı məcburi peyvəndin tətbiqinə yaxınlaşıb.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, vətəndaşların 90%-nin peyvənd olunduğunu deyən ölkə prezidenti əlavə edib ki, Fransada məcburi peryvəndlənmənin vaxtı yetişib. 

"Bu virus digərləri kimi adaptasiya ola bilir. Buna görə də bəzən bir az daha yaxşı müqavimət göstərə bilən yeni variantlar yaranır və sonra onlara qarşı başqa növ əlavə peyvənd edilməlidir. Məsələn, hər il qriplə bağlı bu kimi tədbirlər görülür. Ola bilsin ki, biz də bu virusla bağlı hazırda həmin istiqamətdə gedirik" - deyə Makron vurğulayıb.

O həmçinin uşaqların peyvənd olunmasına da münasibət bildirərək, bunun məcburi yox, lakin arzuolunan olacağını vurğulayıb.