Bakı 25˚C Partly sunny

Fransanın Azərbaycandakı yeni səfiri müəyyənləşdi

Siyasət 13:07 10 noy, 2022
Fransanın Azərbaycandakı yeni səfiri müəyyənləşdi

Fransa Azərbaycana yeni səfir təyin edib.

Qazet.az Fransa hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron noyabrın 9-da sərəncam imzalayıb.

Fransa Prezidentinin sərəncamına əsasən, xarici əlaqələr üzrə müşavir Anne Boillon Azərbaycana səfir təyin edilib.

Qeyd edək ki, xanım Boillon bu postda Zakari Qrossu əvəz edəcək.