Fransanın Tehrandakı səfiri İranın XİN-ə çağırılıb
Gündəm
22:00 30 noy, 2022
Fransanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Qazet.az-ın Tehran bürosunun məlumatına görə, Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasındakı qəbuledilməz bəyanatlarından və İran İslam Respublikasındakı hadisələrlə bağlı yuxarıda adı çəkilən parlamentin müdaxilə xarakterli qətnaməsinin təsdiqindən sonra Fransanın Tehrandakı səfiri Nikla Reş İran XİN-ə çağırılıb.
Səfirə Fransa hakimiyyətinin İrana qarşı əsassız ittihamlarına kəskin etiraz təqdim olunub.
Bu cür qəbuledilməz müdaxilələr pislənilib.