Bakı 18˚C Hazy sunshine

Fransanın zirehli texnikasının ilk karvanı Rumıniyaya gəlib

Gündəm 05:55 24 okt, 2022
Fransanın zirehli texnikasının ilk karvanı Rumıniyaya gəlib

Fransanın zirehli transportyorlarının ilk karvanı Nadlak sərhəd-keçid məntəqəsindən keçərək Rumıniyaya gəlib.

Qazet.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Beləliklə, Fransa Rumıniyadakı hərbi mövcudluğunu artıq 750 fransız əsgərinin yerləşdiyi Cinkuda yerləşən NATO döyüş qrupu çərçivəsində gücləndirəcək.

Qeyd olunub ki, Ukraynada münaqişə başlayandan Rumıniyaya yüngül piyada qoşunlarının göndərilməsi qərara alınıb. Lakin sonradan Çinkaya ağır batalyon yerləşdirmək, yüngül hərbi texnikadan zirehli texnikaya keçmək qərara alınıb.