Fransa enerji problemini bu yolla həll etməyi planlaşdırır
Xəbərlər
03:25 29 avq, 2022
Əlcəzair qışda ciddi istilik problemi ilə üzləşəcək Fransaya qaz tədarükünü artırmağı planlaşdırır.
Qazet.az xəbər verir ki, bu barədə “Europe 1” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Əlcəzair Fransaya qaz tədarükünü 50 faiz artıra bilər.
Hələlik bu məsələ Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə son səfərinin gündəliyinə rəsmən daxil edilməyib.
Tədarükün artırılması Parisə Rusiyadan qaz idxalının dayandırılması zamanı yaranacaq problemləri dəf etməyə imkan verəcək.